Əfqanıstanda 30 terrorçu məhv edilib

Əfqanıstanda 30 terrorçu məhv edilib

Əfqanıstan təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlar zamanı 30 terrorçu məhv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nanqarhar əyalətinin Açin və Xocyani dairələrində terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 12 İŞİD yaraqlısı ölüb.

"Sinxua" agentliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri Qəzni əyalətində "Taliban" terrorçuları ilə toqquşma zamanı 18 silahlını məhv ediblər. Daha 27 terroçu isə yaralanıb. Atışma zamanı 2 polis əməkdaşı ölüb, 11-i yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə