Hava şəraiti ilə əlaqədar 100-dən çox reys təxirə düşdü

Hava şəraiti ilə əlaqədar 100-dən çox reys təxirə düşdü

Moskvada əlverişsiz hava şəraiti nəticəsində "Aeroflot" aviaşirkəti "Şeremetyevo" hava limanından uçmalı olan 20 reysi təxir salıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat şirkətin öz rəsmi saytında yayılıb.

Bundan öncə 9 reysin təxirə düşdüyü açıqlanmışdı.

Məlumatda bildirilir ki, "Aeroflot" şirkəti "Şeremetyevo" hava limanında uçuş üçün mövcud şəraiti nəzərə alaraq cədvəldə dəyişiklik edib.

Qeyd edilib ki, Hava limanından əsasən Düsseldorf, Krasnodar, Krasnoyarsk, Malaga, Milan, Mineralnye Vodı, Minsk Rostov-on-Don, Roma və İstanbul uçuşları ləğv edilib.

Xatırladaq ki, dekabrın 1-də Hidrometeoroloji Mərkəz Moskvada ölkədəki əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Sarı" səviyyə elan edib.

Məlumat üçün nəzəriniə çatdıraq ki, bütün Moskva aeroportlarında ümumilikdə 100-dən çox reys təxirə salınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə