Ukrayna müdafiənin xərclərini artırıb

Ukrayna müdafiənin xərclərini artırıb

2018-ci ildə Ukraynanın müdafiə büdcəsi 6,04 milyard dollar və ya ölkə ÜDM-nin 5 faizini təşkil edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Vladmir Qroysmana istinadən UNİAN məlumat yayıb.

"2018-ci il büdcəsində başlıca prioritetlərdən biri müdafiə qabiliyyətidir. Ümumi büdcə ÜDM-in 5 faizini təşkil edir və 165 milyard qrivnaya bərabərdir. Bu vəsait qoşunların saxlanması və müasirləşdirilməsi üçün nəzərdə tutulub", - deyə Qroysman Ukrayna hökumətinin iclasında bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə