Polşada yol qəzası 18 nəfərin həyatına son qoyudu

Polşada yol qəzası 18 nəfərin həyatına son qoyudu

Polşada ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mərkəzi Polşada qatı dumanlı hava şəraitində fermada çalışan işçilərlə dolu avtomobil qarşıdan gələn yük maşını ilə toqquşub. Qəza nəticəsində fəhlələrlə dolu avtomobilin içində olan on səkkiz nəfərin hamısı həlak olub.

 

Qəza baş verən an iki nəfər sağ qalsa da, yaralılar aldıqların ağır xəsarət səbəbilə sonradan xəstəxanada keçiniblər. Həlak olanların on dördü kişi, dördü qadın olub.

 

Təhqiqatlara başlayan polis bildirir ki, hələlik qəzanın bir səbəbi aydındır. Belə ki, mikroavtobus yük maşının yoluna çıxaraq, onunla üzbəüz toqquşub. Polşanın daxili işlər naziri Eje Miller hadisə yerinə baş çəkib. Baş vermiş hadisə ilə əlaqədar səlahiyyətli qurumlar Mazovia regionunda üç gün matəm elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə