Universitet kampusuna hücum edildi 11 ölü, 7 yaralı

Universitet kampusuna hücum edildi 11 ölü, 7 yaralı

Pakistanda Kənd Təsərrüfatı Universitetinin kampusuna edilən silahlı hücum nəticəsində 11 nəfər ölüb, 7 tələbə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, maskalı şəxslər kampusun ərazisinə daxil olaraq universitetdə təhsil alan tələbələrə atəş açıblar. Deyilənlərə görə, kənar küçələrdə silah və partlayış səsləri eşidilib.

Məlumata görə, maskalı şəxslər tələbə yataqxanasına da girə biliblər. Lakin həmin vaxtda orada neçə tələbənin olduğu bilinmir.

Hadisə yerinə polislər cəlb edilib. Təcüzkarların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Pakistan televiziyasının verdiyi məlumata görə isə əməliyyat zamanı silahlılardan biri məhv edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə