İran növbəti dəfə "silkələndi"

İran növbəti dəfə "silkələndi"

İranda 5.9 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkan 13 kilometr dərinlikdə qeydə alınıb.

Həlak olanlar və dağıntılar haqqın hələlik məlumat verilmir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, noyabrın ortalarında Kermanşah əyalətində, İran və İraq sərhədində 7.2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İsrail də daxil olmaqla digər ölkələrdə də hiss olunmuşdu. hadisə nəticəsində 505 nəfər ölmüş, 12 mindən çox insan isə zərər çəkmişdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə