İslamabadda məscid atəşə tutulub: 2 nəfər ölüb

İslamabadda məscid atəşə tutulub: 2 nəfər ölüb

Naməlum şəxslərin İslamabadda məsciddə ibadət edənlərə atəş açmaları iki nəfərin həyatına son qoyub, dörd nəfər ağır yaralanıb. AZƏRTAC Pakistan mətbuatına istinadən bildirir ki, polis hadisə yerini mühasirəyə alıb, məscidə hücum edən silahlıların axtarışına başlanıb.

Məlumatda bildirilir ki, silahlı hücum Pakistan Kəşfiyyat Bürosunun əməkdaşına edilib. Hadisəyə görə məsuliyyəti hələ ki, Pakistanda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə