Fransanın xarici işlər naziri Bernar Kuşner Türkiyədə səfərdədir. SİA-nın məlumatına görə, Ankaraya gələn Kuşner xarici işlər naziri Əhməd Davudoğlu ilə axşam yeməyində bir araya gəlib.
Nazirlər bu gün birgə mətbuat konfransı keçirib, Ankaradakı Şarl de Qol litseyinin yeni binasının rəsmi açılışında iştirak edıblər. Fransanın xarici işlər naziri Ankarada Türkiyənin Avropa Birliyi ilə üzvlük danışıqlarındakı baş müzakirəçisi Egemen Bağışla da bir araya gəlib.
Görüşlərdə Türkiyənin Avropa Birliyinə tam üzvlük müzakirələri, Kıbrıs problemi, regional və qlobal məsələlər müzkairə edilıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB