Yəmənin cənubunda yerləşən Aden şəhərində partlayış nəticəsində 2 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində hospitallaşdırılan 3 nəfərin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, partlayışdan sonra bölgədə atışma başlayıb. Partlayıcı qurğu terrorçuların Bank Nazirliyinin binasının yaxınlığında saxladıqları avtomobilə quraşdırılıb. Qurumun binasına ciddi şəkildə ziyan dəyib.
Hadisədən qonşu binalar da zərər çəkib.
Qeyd edək ki, regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürməyib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB