NATO-dan Türkiyə açıqlaması: "Başqa çarəmiz yoxdur"

NATO-dan Türkiyə açıqlaması: "Başqa çarəmiz yoxdur"

"Türkiyənin Rusiyadan S-400 raket sistemləri alması ilə bağlı verdiyi qərarı qəbul etməkdən başqa çarəmiz yoxdur." Axar.az xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel deyib.

“Bu məsələyə olduqca praqmatik yanaşmalıyıq. Alternativimiz nədir? Bəzi olaylardan dolayı Türkiyə ilə əlaqələri kəsməliyikmi? Bu, olduqca məntiqsizdir. Həm Türkiyə, həm də ittifaq mövcud problemləri masa arxasında həll etməyə hazırdır”, - Pavel bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə