24 noyabr saat 10 radələrində Vanadzordakı hərbi hissədə erməni əsgəri qəfildən ölüb.
SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni əsgərin sağlamlığı kəskin şəkildə pisləşib və o, Vanadzor hərbi hospitalına aparılarkən yolda ölüb.
Ölən Lori vilayətinin Şaumyan kənd sakini 36 yaşlı Qarnik Petrosyandır. O, keçmiş polisdir, sonralar hərbi hissədə xidmətini davam edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB