Oteldə dəhşətli yanğın

Gürcüstanın Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə yerinə 13 yanğınsöndürmə maşını və 100-dən çox yanğınsöndürən cəlb edilib.

Yanğının söndürülməsinə qonşu Quriya və Sameqrelo regionlarından da yanğınsöndürmə briqadaları gətirilib.

Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadzenin verdiyi məlumata görə, yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə