Rusiya səfirinin öldürülməsi ilə bağlı prodüser saxlanıldı

Rusiya səfirinin öldürülməsi ilə bağlı prodüser saxlanıldı

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan sabiq prodüser Ankarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə