Məsciddə terror törədənlərin silah bazası məhv edildi

Məsciddə terror törədənlərin silah bazası məhv edildi

Misirin Hava qüvvələri hava hücumları nəticəsində "ər-Rouda" məscidində baş verən terror hadisəsində günahkar olan terrorçuların silah bazasını, nəqliyyat vasitələrini məhv ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Misir silahlı qüvvələrinin sözçüsü Tamera Rifai Əl-Ərəbiyə kanalına açıqlamasında deyib.

O bildirib ki, terrorçuların bazasında olan bütün döyüş silahları məhv edilib.

Qeyd edək ki, ötən gün silahlı şəxslər namaz vaxtı Misirin Əl-Ariş şəhərinin qərbində yerləşən ər-Roudə məscidinə girərək terror aktı həyata keçiriblər. Əvvəlcə onlar bomba partladıb, daha sonra isə insanları güllə atəşinə tutublar. Hətta onlar hadisə yerinə cəlb olunan təcili yardım maşınlarına da atəş açıblar. Son məlumatlara görə, hadisə nəticəsində 235 nəfər ölüb, 130 nəfər isə yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə