Avropanın sərmayə yatırımı üçün ən cəzbedici şəhərləri siyahısında birinci yeri London tutur. SİA-nın məlumata görə, bu, dünyanın ən məşhur məsləhət rielter şirkəti olan "La Sal investment menecment"in məruzəsindən məlum olub.
Böyük Britaniyanın paytaxtı ötənilki lider Münxeni geridə qoyub. Reytinqdə ikinci yeri isə Moskva tutur. Mülkiyyət sektorunda Paris (4), Stokholm (5) və Oslo (6) bir qədər sürəti azaltmışlar. İsveçrənin şəhərlərinə, ilk növbədə, Sürixə (9) maraq xeyli artıb.
Qeyd edək ki, Vyana 12-ci, Frankfurt 20-ci yerdədir. Avropanın 104 şəhəri arasında aparılan tədqiqatda iqtisadi inkişaf, əhalinin yaşayış səviyyəsi və sahibkarlıq üçün cəlbedicilik nəzərə alınıb.
Ekspertlərin fikrincə, maliyyə böhranının Londona ciddi təsir göstərməsinə baxmayaraq, meqapolisin dinamik və çevik iqtisadiyyatı əvvəlki mövqelərini bərpa etməyə qadirdir. Bundan əlavə, Londonun inkişafı sürətlə davam edəcəkdir. Buna 2012-ci ilin Olimpiya oyunları ərəfəsində infrastruktura sərmayə yatırımı təsir göstərəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB