Klinton Kosovaya gedir

ABŞ-ın Dövlət Katibi Hillari Klinton 13 Oktyabrda Kosovaya səfər edəcək. SİA-nın məlumatına görə, Klintonu Kosovanın müvəqqəti dövr başçısı Yaqub Krasniç və baş nazir Haşim Taci qarşılayacaq. Klinton Krasniç və Haşim Taci ilə görüşdükdən sonra Milli Məclisdə çıxış edəcək. Xarici işlər naziri türklərdən ibarət partiya liderləri ilə bir araya gələcək. Kosovalı serb liderləri ilə də görüşməyi planlaşdırılan Klinton bu görüşü serblərin yaşadığı Graçanikatada reallaşdıracaq. Görüşlərin əsas mövzusunun Kosova ilə Serbiya əlaqələri olacağı bildirilib.

Nazir Serbiya səlahiyyətlilərinə aşağıdakı mövzuları çatdıracaq:

1-Kosova müstəqilliyinin geri dönüşü yoxdur

2- Kosova sərhədləri dəyişməyəcək

3-Kosova-Serbiya əlaqələri Balkanlardakı sabitlik üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Hillari Klinton Kosova səfərini başa çatdırdıqdan sonra Brüsselə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə