Donald Trump: "ABŞ çox böyük ölkədir və Obamanın başçılığı altında çox da yaxşı vəziyyətdə deyil"
ABŞ-da 2012-ci ildə keçiriləcək prezident seçkilərində ilk namizəd müəyyən olub. SİA-nın məlumatına görə, amerikalı iş adamı Donald Trump 2012-ci il seçkilərində namizəd olacağını bildirib.
Amerikanın daha gülcü rəhbərliyə ehtiyacı olduğunu deyən Trump bu rəhbərliyi özünün qura biləcəyini vurğulayıb: "Mən 2012-ci il seçkilərində prezidentliyə namizədliyimi irəli sürəcəyəm, çünki ölkənin daha yaxşı rəhbərliyə ehtiyacı var".
Donald Trump onu da qeyd edib ki, Obama çox çətin dövr keçirir və ABŞ-ın idarəsi getdikcə çətinləşir: "Çox sayda insan məndən namizədliyimi irəli sürməyimi istədi. Obama çox çətin bir dövr keçirir. ABŞ çox böyük ölkədir və Obamanın başçılığı altında lazım olduğu qədər yaxşı vəziyyətdə deyil. Doğru bir rəhbərliklə ABŞ-ın vəziyyəti daha da yaxşılaşdırıla bilər. Mən də buna görə, namizədliyimi irəli sürməyi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB