Bərzani Ərdoğana minnətdarlıq etdi

Bərzani Ərdoğana minnətdarlıq etdi

"Zəlzələdən sonra Türkiyə tərəfi bizimlə əlaqə saxlayaraq lazımi yardımları göndərməyə başladı." Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin baş naziri Necirvan Bərzani deyib.

O bildirib ki, təbii fəlakətdən sonra Türkiyənin Ərbildəki diplomatik nümayəndəlikləri kürd rəsmiləri ilə əlaqə yaradaraq yardıma hazır olduqlarını bildirib: “Dünən axşamdan etibarən İbrahim Xəlil sərhəd-keçid məntəqəsindən yardımlar göndərilməyə başlanılıb. Dar gündə Kürdüstana yardımçı oldular. Bu səbəbdən cənab Ərdoğana və Türkiyə Prezident Administrasiyasına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, İraq-İran sərhədində baş verən dağıdıcı zəlzələ nəticəsində İranda 450 nəfər ölüb, 7 min yaralı var, İraqda isə ölənlərin sayı rəsmi məlumatda 11 nəfər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə