BMT-nin Baş katibi Antonio Quterreş ötən gün baş verən dağıdıcı zəlzələnin vurduğu ziyanların aradan qaldırılması üçün İran və İraqa kömək təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Baş katib ölkələrə ölənlərlə bağlı başsağlığı verib, yaralılara isə tez bir zamanda sağalmağı diləyib.
Baş katib zəlzələ nəticəsində insanların həyatlarını itirməsi və dağıntılarla bağlı üzüldüyünü dilə gətirib.
Quttereş yerli hakimiyyət orqanlarının fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətindəki səylərini yüksək qiymətləndirib: "Əgər ehtiyac olsa, BMT öz köməkliyini göstərməyə hazırdır".
Xatırladaq ki, ötən gün İran və İraq sərhədində 7.3 bal gücündə zəlzələ olub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB