Ötən gecə İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının 141-ə, yaralıların sayının isə 1683-ə çatdığı bildirilir. SİA-nın Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün 21:18 radələrində İranda 7,3 bal gücündə zəlzələ olub.
Yeraltı təkan İranla yanaşı, İraq və Türkiyədə hiss edilib. Zəlzələnin mərkəzinin İraqın Süleymaniyə bölgəsi olduğu deyilir. Yeraltı təkan İranda daha çox Kirmanşah bölgəsinə təsir edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB