Somali ordusu 81 terrorçunu öldürüb

Somali ordusu 81 terrorçunu öldürüb

Somali ordusu Jilib şəhərində Əş-Şəbaba qarşı əməliyyat keçirib. Axar.az xəbər verir ki, əməliyyat nəticəsində 81 terrorçu öldürülüb.

Bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman məlumat verib və bildirib ki, əməliyyat beynəlxalq koalisiya birgə koordinasiya edilib: "Əməliyyatda çox sayda partlayıcı və silah-sursat ələ keçirildi və məhv edildi. Aşağı Şabel və Mərkəzi Şabel bölgələrində isə əməliyyatlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə