Nazir: "Türkiyə Rusiyadan S-400 raket kompleksini almağa nail olub"
Türkiyə Rusiyadan S-400 raket kompleksini almağa nail olub. "Türkiyə" qəzetinin yazdığına görə, bu barədə Türkiyənin Müdafiə naziri Nurəddin Canikli məlumat verib.
"O iş bitib. S-400 raket kompleksini artıq Rusiyadan almışıq. Bundan sonra sözügedən raket kompleksi ilə kifayətlənməyəcəyik. Havadan müdafiə sistemlərimizi inkişaf etdirmək yolunda çalışırıq. Bu texnologiyaya yerli imkanlarla sahib olmağı hədəfləyirik", - Canikli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB