Putin-Tramp görüşü ilə bağlı yekun qərar verilməyib

Putin-Tramp görüşü ilə bağlı yekun qərar verilməyib

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Vyetnamda keçilən görüşun bu gün keçirilməsi ilə bağlı dəqiq razılaşma yoxdur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi Maykl Anton açıqlama verib.

Qeyd edək ki, bundan əvvəl Kreml noyabrın 10-da Vyetnamın Dananq şəhərində keçiriləcək sammit çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutacağını istisna etməmişdi. Görüşdə Suriya, İraq, Şimali Koreya və terrorla bağlı məsələlər müzakirə olunmalı idi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə