Xəbərdarlıq: "CNN kanalı Rusiyada qadağan ediləcək"

Xəbərdarlıq: "CNN kanalı Rusiyada qadağan ediləcək"

"Rusiyaya aid videoların ABŞ distribütorları tərəfindən yayımı qadağan olunarsa, CNN kanalı da Rusiyada kommersiya və kabel televiziyası paketlərində qadağan ediləcək." Bu sözləri Sputnik-ə danışan rus senator İqor Morozov deyib. O bidirib ki, ABŞ konqresinin addımlarına Rusiya eynilə cavab verəcək.

Qeyd edək ki, ABŞ-da Rusiyaya aid videoların distribyutor şəbəkələrinə daxil edilməsini qadağan edən büdcə layihəsi qəbul edilib. Layihədə Rusiyaya aid hər hansı bir televiziya kanalının yayımlanmasına icazə verilməyəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə