Yəməndə vəba epidemiyası aprelin 27-dən indiyədək 2194 nəfərin ölümünə səbəb olub. Anadolu agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Cenevrədə təşkil etdiyi mətbuat konfransında Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Fadela Chaib məlumat verib. Onun sözlərinə görə, Yəməndə, ümumiyyətlə, 908 mindən çox insanda vəba xəstəliyinə yoluxma halları aşkarlanıb.
Ölkədə iki ildən çoxdur ki, davam edən silahlı qarşıdurmalar səbəbindən təxminən üç milyon insan təmiz su tapa bilmir, həmçinin tullantıların vaxtlı-vaxtında yığışdırılmaması epidemiyanın yayılma riskini artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB