ABŞ prezidenti məsələyə münasibət bildirdi

ABŞ prezidenti məsələyə münasibət bildirdi

Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və bir çox keçmiş nazirlərin həbs olunması ciddi müzakirəyə çevrilib. Hətta, ABŞ prezidenti Donald Tramp da bu məsələyə münasibət bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tramp "Twitter" səhifəsində həbslərlə bağlı yazıb.

"Kral Salman və vəliəhd şahzadəyə etimadım tamdır. Onlar nə etdiklərini çox yaxşı bilirlər. Yəqin ki, bəziləri vəzifədən sui-istifadə edərək ölkəni çapıb-talayıblar" - deyə, ABŞ rəhbəri yazıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə