İraqda hərbi əməliyyatlara imkan verən qətnamənin müddəti uzadılır

İraqda hərbi əməliyyatlara imkan verən qətnamənin müddəti uzadılır

Türkiyə Silahlı Qüvvələrinin sərhədlərindən kənarda hərbi əməliyyatlar həyata keçirməsini nəzərdə tutan qətnamənin müddətinin daha bir il uzadılmasını nəzərdə tutan layihə Böyük Millət Məclisinə təqdim edilib.

SİA-nın məlumatına görə, layihədə İrqanın şimalında məskən salan PKK terror təşkilatından qaynaqlanan, türk xalqının əmin-amanlığı və təhlükəsizliyinə, milli birliyinə və ərazi bütövlüyünə yönəlik terror təhdidinin davam etdiyi bildirilib.

Yeni qətnamə ilə hökumətə verilən səlahiyyət müddəti 17 oktyabrdan etibarən 1 il uzadılacaq. Sənəd oktyabrın 12-də parlamentin müzakirəsinə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə