Bu gün Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatı (APEC) liderlərinin sammitinin start götürəcəyi Vyetnamda güclü fırtına nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət iki gün əvvəl sammitin keçiriləcəyi Dananqa şəhərindən 500 kilometr cənubda yerləşən Nyaçanq şəhəri yaxınlığında baş verib. Burada küləyin sürəti saatda 90 kilometrə çatıb. Fırtına minlərlə evin damını uçurub, yüzlərlə elektrik dirəyini aşırıb. Bir sıra rayonlarda yolları su yuyub, məktəblərdə dərslər dayandırılıb
Yerli hakimiyyət orqanları baş verə biləcək fırtına, daşqın və sunami zamanı sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir neçə plan hazırlayıb. Sammitdə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Yaponiyanın Baş naziri Sinzo Abe, Çin Xalq Respublikasının Sədri Si Çinpin və bir sıra digər dünya liderlərinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB