ABŞ daha bir hərbçisini itirib

ABŞ Əfqanıstanda daha bir hərbçisini itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, insident Loqar əyalətində keçirilən əməliyyat zamanı baş verib. Əməliyyat zamanı bir ABŞ hərbçisi həlak olub.

Qeyd edək ki, ötən həftə Loqar əyalətində helikopterin qəzaya uğraması nəticəsində NATO-nun 1 hərbçisi ölüb, 6 nəfəri yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə