Prezident qalibə “iPhone" söz verdi VİDEO

Prezident qalibə “iPhone" söz verdi VİDEO

“Rusiya dövlət başçısı Vladimir Putinə həsr olunan ən yaxşı şeiri oxuyan şəxsə “iPhone X” mobil telefonu bağışlayacam”.

SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistanın dövlət başçısı Ramzan Kadırov “İnstagram” sosial şəbəkəsində yazıb.

Belə ki, prezident, ona hədiyyə olunan “iPhone X” mobil telefonu, noyabrın 4 –də Milli Birlik Günü münasibəti ilə keçirilən şer müsabiqəsinin yarışmasında qalib gələn iştirakçıya təqdim edəcəyini şərh edib.

Qeyd edək ki, mobil telefon Çeçenistan dövlət başçısına “NK” KVN klubunun yığma komandasının üzvləri tərəfindən təqdim edilib.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə