Zəvvarları daşıyan avtobus aşıb 30 nəfər yaralanıb

Zəvvarları daşıyan avtobus aşıb 30 nəfər yaralanıb

İrandan İraqa zəvvraları daşıyan avtobus aşıb və 30 nəfərin yaralandığı bildirilir. SİA-nın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə İranın təcili tibbi yardım xidmətinin rəhbəri Pir Hüseyn Kulivand deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində avtobusda olan 47 nəfərdən 30-u yaralanıb, onlar tibbi yardım göstərilməsi üçün İrana aparılıblar. Yaralananlardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə İraqın Badra əyalətində baş verib. Avtobus zəvvarları İrandan İraqın Nəcəf şəhərinə aparırmış.

Bütün xəbərlər Facebook səhifəmizdə