Hindistanda İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayışda ölənlərin sayı 32-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bundan öncə ölənlərin sayının 26 olduğu deyilirdi. Hazırda 80 nəfərin müalicə aldığı deyilir.
Qeyd edək ki, hadisə həftənin çərşənbə günü baş verib. Əvvəlcə, media elektrik stansiyası qazanının partladığını bildirmişdi. Lakin sonradan verilən açıqlamaya görə, 20 metr hündürlükdə boru təzyiq nəticəsində qəfildən partlayıb və orada çalışanlar buxar və qazla boğulublar.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB