Əfqanıstanda partlayış baş verib

Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın Pərvan əyalətində partlayış baş verib. Hadisə Çarikar şəhərində qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində yanacaq daşıyan yük avtomobilinin partladılması nəticəsində yaxınlıqdakı sərnişin avtobusu alovlanıb.

Partlayış zamanı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisənin digər təfərrüatları isə açıqlanmır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə