Nyu-Yorkda törədilən terror aktında şübhəli bilinən Özbəkistan vətəndaşıdır

Nyu-Yorkda törədilən terror aktında şübhəli bilinən Özbəkistan vətəndaşıdır

Nyu-Yorkda törədilən terror aktında şübhəli bilinən 29 yaşlı Sayfullo Saipov həqiqətən Özbəkistan vətəndaşıdır.

SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi “Jaxon” Agentliyindən bildirilib.

Məlumatda bildirilir ki, o, 1988-ci il fevralın 8-də Daşkənddə doğulub. Daşkənddə kollecdə, sonra isə Daşkənd Maliyyə İnstitutda təhsil alıb. İnstitutu bitirdikdən sonra paytaxtdakı “Səyahət” mehmanxanasında mühasib işləyib. Xaricə gedənə qədər o cinayət məsuliyyətinə cəlb olunmayıb.

Qeyd edilir ki, 2010-cu ildə o viza lotereyası qrin-kart udub və ABŞ-a gedib. O vaxtdan Özbəkistana gəlməyib. Onun valideynləri heç bir ekstremist təşkilatla əlaqəli deyil və Sayfullo Saipov da burada yaşayanda ekstremist təşkilatlarla əlaqəli olmayıb. Bu da onu deməyə əsas verir ki, Sayfullo Saipov ABŞ-da terrorçu qruplaşmaya cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə