İki başlı uşaq dünyaya gəlib VİDEO

İki başlı uşaq dünyaya gəlib VİDEO

Hindistanın Amboyoqay ştatında ortaq bədənə və gövdəyə sahib olan siam əkizləri dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 3,7 kiloqrama malik olan əkizlərin ağciyəri və ürəyi, qaraciyər və digər orqanları ümumidir.

Yeni doğulan körpələrdə doğumdan sonra nəfəs problemi olduğu üçün onlar süni nəfəs aparatına qoşulublar. Həkimlər əkizlərin ayrılmasının və onların həyatının xilas erdilməsinin mümkünsüzlüyünü qeyd ediblər. Əkizlər bir sutkadan sonra dünyasını dəyişiblər.

"Bu, çox ciddi və nadir haldır. Bu cür hal siam əkizlərinin 10 faizində müşahidə olunur"- deyə, həkim bildirib.

Əkizlərin bu cür inkişaf etməsi hamiləliyin 8-ci ayında müəyyən edilib. Əkizlər hamiləliyin 36 ayında qeysəriyyə əməliyyatı ilə alınıblar.

Qeyd edək ki, siam əkizləri embrional dövrdə tamamilə bölünməyən, bədənin və ya daxili orqanların ümumi hissələrinə sahib olurlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə