Özbəkistan Prezidenti Nyu Yorkdakı teraktla bağlı ABŞ-a yardım təklif edib
"Özbəkistan Nyu Yorkda baş verən teraktın araşdırılmasında ABŞ-a kömək etməyə hazırdır." Axar.az xəbər verir ki, bu sözlər Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Nyu Yorkda baş vermiş teraktla əlaqədar ABŞ Prezidenti Donald Trampa göndərdiyi başsağlığı məktubunda yer alıb.
Qeyd edək ki, ABŞ-ın Nyu York şəhərinin Manhettan səmtində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə yaralanıb. ABŞ mətbuatı artıq teraktı törədən şəxsin adını da açıqlayıb. Belə ki, terrorçunun əslən Özbəkistandan olan Florida ştatı sakini Seyfulla Həbibullayeviç Sayipov olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB