Peskov Nyu York teraktından danışdı

Peskov Nyu York teraktından danışdı

ABŞ-ın Nyu York şəhərində baş verən teraktla bağlı Kremldən reaksiya gəlib. Axar.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov hadisəni qeyri-insani addım kimi səciyyələndirib. Peskov İranın paytaxtı Tehranda jurnalistlərə verdiyi açıqlamada Nyu Yorkda özbək mənşəli təcavüzkarın təşkil etdiyi hücumu faciəvi və qeyri-insani addım kimi xarakterizə edib.

Qeyd edək ki, Nyu York şəhərinin Manhettan səmtində baş verən atışma nəticəsində 8 nəfər ölüb, 11-i yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə