İraqda İsrail bayrağı qadağan edilib

İraqda İsrail bayrağı qadağan edilib

İraq parlamenti İsrail bayrağının ictimai şəkildə nümayişini qadağan edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rudau” agentliyi yayıb. Parlamentin niyə belə qərar qəbul etdiyinin səbəbi açıqlanmayıb. Agentliyin iddiasına görə isə İraq parlamenti bu addımı İsrailin İraq Kürd Muxtariyyətini dəstəklədiyi üçün atıb.

İsrail bayrağı ilə bərabər parlament bütün yəhudi simvollarının nümayişini qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə