ABŞ-Pakistan əlaqələrinin indiki halda ən yaxşı vəziyyətdə olduğunu söyləmək çətindir. Ancaq 2008-ci ildə Mumbaydə yaşanan terror hücumlarının bir bənzəri Avropada yaşansa idi əlaqələr daha pis vəziyyətə gələ bilərdi.
SİA-nın "Time" qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə arasındakı əlaqələrin ciddi şəkildə pozulmasının səbəblərindən biri Barak Obama administrasiyasının Pakistanda müxtəlif tayfaların idarəsindəki bölgələrdə icra etdiyi pilotsuz təyyarələrlə keçirilən əməliyyatlardır. ABŞ hərbi qüvvələri sentyabr ayında bu günə qədər hər hansı bir ayda təşkil edilən əməliyyatlardan daha çox əməliyyat həyata keçirib. ABŞ iddia edir ki, əsas məqsəd ABŞ və müttəfiqlərin həyəcanlanmasına səbəb olan terror aktlarının Avropaya keçməməsinə nail olmaqdır.
ABŞ-ın Pakistan sərhədləri daxilində təşkil etdiyi əməliyyatlar insanların sərt reaksiyasına və küçələrə çıxmasına səbəb oldu. Çərşənbə axşamı keçirilən əməliyyatda üç Pakistan əsgərinin ölməsi ilə insanların qəzəbinin Pakistan ordusunda da yayıldığını düşünmək səhv olmaz. Pakistanlı səlahiyyətlilər ABŞ-a bir xəbərdarlıq olaraq Əfqanıstan sərhədindəki Kiber sərhəd-keçid məntəqəsini bağladı. Əfqanıstandakı NATO əməliyyatları üçün əsas tədarük xəttinin bağlanılması, bir həftə ərzində bu yol üzərindəki NATO yanacaq tankerlerinin altı dəfə hücuma uğramasına şərait yaratdı. Hadisələrin bu şəkildə inkişafı hər iki tərəfdə də qəzəbi artıra biləcəyi kimi eyni hücumların Avropada təşkil edilməsinə də səbəb ola bilər. Son dövrdə Avropa ilə bağlı terror xəbərdarlıqları səslənir. Kəşfiyyat orqanları iddia edir ki, hücumlar Pakistanda yerləşən mərkəzdən koordinasiya oluna bilər. Deyilənə görə, hücumlardan birində iki il əvvəl Mumbaydə təşkil edilən terror aktına bənzər bir aktın Avropa şəhərlərində də həyata keçirilmə ehtimalı var. Son günlərdə sayı getdikcə artan hava əməliyyatlarının əsas məqsədinin ələ keçərilən alman mənşəli bir Taliban üzvünün verdiyi məlumatlarla ehtimal olunan hücumları təsirsiz hala gətirmək olduğu ifadə olunur.
Pakistanda yerləşən "Leşker-i Taiba" cihad təşkilatının Mumbaydakı hücumun məsuliyyətini üzərinə götürdükdən sonra ABŞ Kəşmirdəki cihad təşkilatlarının istifadə etdiyi və Pakistan kəşfiyyatı tərəfindən dəstəklənən mərkəzlərin Hindistan tərəfindən bombalanmaması üçün böyük səy göstərdi. "Obama döyüşləri" adlı kitabın müəllifi Bob Voodvarda görə, B.Obamanın Milli Təhlükəsizlik Məsləhətçisi Jim Jones Pakistan prezidenti Asif Əli Zərdariyə "əgər may ayında "Times" meydanında terror hücumuna cəhd edən Faysal Şehzad istəyinə çatsaydı, ABŞ Pakistanın xoşuna gəlməyəcək şeylər etmək məcburiyyətində qalacaqdı" deyib. Voodvard bunun əvəzində Pakistandakı dağlarda gizlənən və siyahıya alınan 150 terrorçunun bombalandığını bildirib.
Qəzetin yazdığına görə, Jonesin Zərdari ilə etdiyi danışığın məqsədi Şimali Vəziristan bölgəsindəki terrorçulara qarşı mübarizədə Pakistanın daha çox səy göstərməsi və ölkəni tamamilə əhatə edən terror təhlükəsindən qorumaqdır: "Ancaq bu günə qədər Pakistan terrorçulara qarşı təsirli bir əməliyyat təşkil etməyib. Hava əməliyyatlarından sonra göstərilən reaksiya isə, ABŞ-ın Pakistan ordusunu Şimali Vəziristanda yerləşən Taliban və "Əl-Qaidə"yə hücum etmək üçün razı sala bilmədiyini ortaya çıxarıb. Bölgədə həmçinin nə Pakistan, nə də ABŞ ordusunun nüfuzunu qəbul edən, xarici qüvvələrə qarşı olduqca düşmən rəftar sərgiləyən Peştun tayfaları var".
Qeyd olunub ki, ABŞ ilə əməkdaşlıq etməmək sel fəlakəti üzündən ağır tənqid altında olan Pakistan hökumətini daha da çətin vəziyyətə sala bilər: "Əfqanıstan müharibəsi və Pakistan ilə münasibətlər arasındakı əlaqə bir çərçivə içinə qoyula bilər. Ancaq Pakistandan gələcək bir terror hücumunun qarşısını alacağı planlaşdıran əməliyyatlar və ya Avropanı hədəf alacaq bir hücum əlaqələri daha pis vəziyyətə gətirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB