Nyu-Yorkda 8 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərində terror aktı törədilib. Yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Hadisə nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

Nyu-York meri Bill de Blazio bildirib ki, insident polis tərəfindən terror aktı kimi qiymətləndirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə