İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb. TASS informasiya agentliyi xəbər verir ki, onlar noyabrın 2-də və 3-də ifadə verməli və məhkəməyə vəkillərin müşayiəti ilə gəlməlidirlər.
Bu qərar prokurorluq regionun müstəqilliyinin elan edilməsində məsul olan parlament üzvlərinə qarşı iddia qaldırdıqdan sonra verilib. Onlar qiyamda, üsyanda və dövlət vəsaitinin israfında ittiham olunurlar.
Şübhəlilər ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırsalar, prokurorluq onların həbsində israr edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB