İran yeni bombaları sınaqdan keçirib

İran yeni bombaları sınaqdan keçirib

İranın Hərbi-Hava Qüvvələri İsfahan əyalətində idarəolunan aviasiya bombalarını sınaqdan keçirib. Trend-in məlumatına görə, sınaqlar iki gün davam edəcək hərbi təlimlər zamanı keçirilib.

Qeyd olunur ki, F-7 təyyarələri İran istehsalı olan uzaq məsafəli bombalar buraxıb. 226 kiloqramlıq idarəolunan bombalar şərti hədəfləri uğurla məhv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə