Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonunda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər yaralanıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 2 nəfər olub.
Hadisə nəticəsində yaralanan Emre Durmazpınar xəstəxanaya yerləşdirilib.
Hadisə təyyarədə uçuş edərkən baş verib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə