Türkiyənin Mardin əyalətinin Midyat şəhərindəki həbsxanalardan birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həbsxanada cəza çəkən 22 məhbus qarın ağrısı və ürək bulanması şikayətilə xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB