Somalidə 27 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı ölkə kəşfiyyatının başçısı və polis rəisi istefaya göndərilib.

Qeyd edək ki, Moqadişoda prezident sarayının yaxınlığında yerləşən “Nasa-Hablod 2” mehmanxanasına hücum edilib. Ölkənin təhlükəsizlik xidmətinin əməkdaşları hücum edənlərdən ikisini öldürməyə nail olublar. Daha üç nəfər isə tutulub.

Terror aktına görə məsuliyyəti “Aş-Şabab” qruplaşması üzərinə götürüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə