Alman siyasətçi: "Hələlik Marqaret Tetçer kimi imitasiya edirik"
"Biz hakimiyyətə gəlmək üçün 2021-ci ildə koalisiyaya girməyi planlaşdırırıq." Bu fikirləri "Bild" qəzetinə müsahibəsində Almaniyanın ultrasağçı Almaniya üçün Alternativ Partiyasının lideri Alisa Vaydel söyləyib.
"Bu dövr ərzində biz müxalifətdə olacağıq. Bizim hədəfimiz 2021-ci ildə hakimiyyətə gəlməkdir. Hələlik Marqaret Tetçer kimi imitasiya edirik. Bizim borclarımızdan biri partiyanı qadınları üçün cəlbedici etməkdir" - deyə o bildirib.
Qeyd edək ki, Almaniya üçün Alternativ Partiyası son parlament seçkisində 12,6% səs toplayaraq parlamentə düşməyi bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB