AB və Asiyanın dövlət başçıları İsrailə xəbərdarlıq edib

AB və Asiyanın dövlət başçıları İsrailə xəbərdarlıq edib
Çin, Hindistan və Rusiya da daxil olmaqla 46 ölkənin təmsil edildiyi Asiya-Avropa zirvə görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə işğal altındakı Fələstin torpaqlarında aparılan inşaat işləri müzakirə olunub.

Belçikanın ev sahibliyi etdiyi görüşdə alınan qərarlarda İsrailin Fələstin torpaqlarında yəhudilərin məskunlaşması üçün yerlər inşa etdirməsinin qeyri-qanuni olduğu göstərilib.

Zirvə görüşündə aşağıdakı qərarlar alınıb:
1 - "Məskunlaşma yerləri beynəlxalq hüquqda qeyri qanunidir və İsrailin Orta şərq Sülh Yol Xəritəsi öhdəçilikləri ilə uyğun gəlmir".
2 - "Qəzzadakı vəziyyət dəyişdirilməlidir, belə davam etdirilə bilməz".

Asiya və Avropa liderləri isə aşağıdakı məsələlərlə bağlı, çıxış yolu tapılmasını tələb edib.
1 - Heç bir maneə törədilmədən Qəzzaya yardım çatdırıla bilməsi.
2 - Qəzzanın daxilinə və xaricinə ticarət məqsədilə mal və insan keçişinin zəmanət altına alınması.
3 - Orta şərq sülh müddətinin təşviq edilməsi üçün İsrailin Suriya və Livanla problemlərinin dialoq və müzakirələrlə həll edilməsi.

Bu çərçivədə İsrailin atdığı son addımların əhəmiyyətli olduğunu vurğulayan liderlər, İsraildən Qəzzanın yenidən inşasına və iqtisadiyyatının dirçəlməsinə razılıq verməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə