Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek vəzifəsindən istefa verib. AZƏRTAC xəbər verir ki, M.Gökçek hələ 5 gün əvvəl öz "Twitter” səhifəsində istefa verəcəyi barədə yazmışdı. O, oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisində (ABBM) istefasını elan edib.
M.Gökçek ABBM-dəki son çıxışında diqqətə çatdırıb ki, bundan sonrakı fəaliyyəti Prezident Rəcəb Tayyib Ərdoğana və Ədalət və İnkişaf Partiyasına qarşı olmayacaq. Xatırladaq ki, o, 1994-cü ildən bəri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB