Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib. Hadisə nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb, mühafizəçisi isə ölüb. Deputatın mətbuat katibi Anna Senikin sözlərinə görə, Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında duran avtomobil partlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mosiyçukdan başqa daha 3 nəfərin yaralanıb.
Hadisə terror aktı kimi qiymətləndirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB