İŞİD Əsədin silah anbarını partladıb

İŞİD Əsədin silah anbarını partladıb

İŞİD terror qruplaşması Suriya rejiminin Deyr əz-Zorda yerləşən silah-sursat anbarını partladıb. Axar.az xəbər verir ki, partlayışın dron vasitəsilə törədildiyi bildirilib. Ard-arda baş verən partlayışdan sonra silah anbarı tamamən külə dönüb.

Qeyd edək ki, Əsəd rejiminin Deyr əz-Zorda İŞİD-ə qarşı hərbi əməliyyatları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə